Sosial şəbəkələrdə Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılacağı ilə bağlı iddialar yayılıb.

Bildirilir ki, qiymətin artırılması ilə bağlı “Azərişıq” Tarif Şurasına müraciət edib.

Məsələ ilə bağlı Leqal.info-ya açıqlama verən “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumatı təkzib edib. O, yayılan informasiyanın həqiqətə uyğun olmadığını bildirib:

“Azərişıq” ASC qiymət artımı ilə bağlı rəsmi şəkildə Tarif Şurasına heç bir müraciət etməyib. Sosial şəbəkələrdə və bəzi KİV-də yayılan xəbərlərin heç bir əsası yoxdur”.

Qeyd edək ki, hazırda elektrik enerjisinin qiyməti 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.