“Koronavirusu gizli şəkildə keçirərək sağalmış insanlar peyvənd olunarsa, bunun ona heç bir ziyanı yoxdur, əksinə xeyri ola bilər”.

Leqal.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib.

O qeyd edib ki, COVID-19 keçirmiş insanlarda vaksinasiyadan sonra əmələ gəlmiş anticisimlərin səviyyəsi daha yüksək olur: “Çünki orqanizmdə anticisimlər bir qədər var idi. Hətta birinci doza vaksinasiyadan sonra kifayət qədər yüksək səviyyədə anticisimlər formalaşır. İstənilən halda, vaksinasiyanın koronavirus keçirmiş insana ziyanı yoxdur”.