Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1066 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddət ərzində isə ümumilikdə 3 802 992 test aparılıb.