“Koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz”.

Leqal.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər: “Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.