Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Azərbaycanda rəsmi səfərdədir.

"Leqal.info" xəbər verir ki, Nazir Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.