"Minalar mülki vətəndaşları öldürür və şikəst etməklə yanaşı, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur”.

"Leqal.info" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, münaqişə zonasında olan minalar və partlamamış hərbi sursatlar mülki vətəndaşları öldürməkdə və şikəst etməkdə davam edir, iqtisadi inkişafa və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur: “Regional sülhə və əməkdaşlığa dəstək məqsədilə ABŞ 2021-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin gedişində zərər çəkmiş rayonlarda humanitar minatəmizləmə fəaliyyəti üçün 500 min dollar ayırıb. ABŞ tərəfindən maliyyələşdirmə minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün minatəmizləmə fəaliyyəti həyata keçirən təşkilatların texniki potensialını gücləndirməyə imkan verir, bu isə təhlükəsizliyin möhkəmlənməsində həlledici rol oynayacaq və məcburi köçkünlərin öz evlərinə qaytırmasına və təhlükəsiz həyat yaşamasına imkan verəcək”.