Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyədə baş vermiş ağır yol-nəqliyyat hadisələrində ölənlərlə bağlı başsağlığı verib.

“Leqal.info” xəbər verir ki, Pakistanın hökumət başçısının tviter hesabında yazıb.

“Türkiyədə baş verən yol-nəqliyyat hadisələri nəticəsində əziz insanların həlak olması və onlarla insanın yaralanması xəbəri bizi kədərləndirdi. Pakistan hökuməti və xalqı adından Prezident Rəcəb Tayyib Ərdoğana və qəzada ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - Şahbaz Şərif sosial şəbəkə hesabında yazıb.