Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən Leqal.info-ya verilən məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Vitse-prezident F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.