Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.

“Leqal.info” yerli mətbuata istinadən xəbər verir ki, hadisə avtobusun Kütayha-Bursa marşrutu üzrə hərəkət edərkən baş verib.

Avtobusun aşması nəticəsində 48 nəfər yaralanıb, bir nəfər isə ölüb.

Yaralılar İnegöl və Domaniçdəki xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Türkiyədə turistləri daşıyan avtobus aşdı, ölən var

Türkiyədə turistləri daşıyan avtobus aşdı, ölən var