"Leqal.info" xəbər verir ki, nazirin əmri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin sabiq rəisi Arif Babayev bu vəzifəyə gətirilib.
Müdafiə Sənayesi Nazirliyindən məlumatı Leqal.info-ya təsdiqləyiblər.
Qeyd edək ki, A.Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. DTX-nin fəxri əməkdaşıdır.