Azərbaycan ailəsinin gündəlik olaraq yemək rasionunu demək olar ki, ətsiz təsəvvür etmək mümkün deyil. İnsanların ağız təamları müxtəlif olduğundan seçimləri də müxtəlif olur. Zövqə görə istəyən mal əti, istəyən də qoyun ətindən vaxtaşırı istifadə edir.

Mal ətinin faydaları olduqca çoxdur. Qeyd edək ki, 1 illik dana əti daha faydalıdır. 1 ildən çox müddət olduqda isə həzmi yaxşı olmur. Gec həzm olunma ilə yanaşı həm də gec bişir. Ən önəmlisi isə bədəndə istilik yaradır. Bir çoxlarımız qoyun ətinin sağlamlıq üçün zərərli olduğunu düşünərək mal ətinə üstünlük verir. Bu yanlışdır. Çox istifadə olunan mal ətinin faydaları ilə yanaşı, çox yeyildikdə onun da bir sıra fəsadları meydana gəlmiş olur. Qoyun əti bildiyimiz kimi qanın miqdarını artırır. Bununla yanaşı təzyiqi də qaldırır, orqanizmin itirilmiş enerji deposunu bərpa edir. Mal əti isə orqanizm üçün ən faydalı olan qırmızı ətlə yanaşı ağ ət də üstünlük təşkil edir. Enerji mənbəyi olan mal ətinin çox qəbulu xolestrinin artmasına yol açır. Faydalarından deyildikdə bəs yaxşı heç düşünmüsünüzmü ki, yediyimiz ət təmizlik baxımından nə dərəcə də faydalıdır? Əlbətdəki xeyr. Çünki o qədər də ziddiyyətinə gedib düşünən olmur ki, aldığı ətin mənşəyi məlum deyil. Biz nəzərinizə çatdıraq ki, həqiqətən də ət bazarında vəziyyət dəyişilməz olaraq “köhnə hamam-köhnə tasdır”. Yenə eyni vəziyyət hökm sürür. Anti-sanitar vəziyyət, yolun bütün toz-torpağı, şəraitsizlik və sairə kimi məqamlar artıq azalmaq yerinə durmadan artmaqdadır.
Digər bir məqama toxunmaq istərdik. Azərbaycanda bursülyoz, dabaq xəstəliyinə yoluxmanın qarşısını almaq üçün peyvəndlənir. Peyvəndlənmədən 4 il sonra qan nümunəsi götürülür. Bu il 92 mindən çox mal-qaradan qan nümunəsi götürülərək, xüsusi saxlanma tempraturu ilə 4 il ərzində yoxlanılsın həmin qan nümunəsi. Lakin bunu demək olar ki, əksər fermerlər ötür-ötürə salıb vurdurmurlar çoxu.
Bu məsələyə nəzarət olunan qurumların fəaliyyətisizliyindən danışsaq ilk öncə deyə bilərik ki, heç çoxumuzun xəbərsiz olduğu baytarların necə güclənmiş iş prinsipi olduğunu açıq-aydın görmək olur. Həqiqətən də bu fəailiyyətsiz doğrudan da çox gözə çarpır. Xatırladaq ki, hər ərazinin baytarlıq nəzarət xidməti olur. Bununla yanaşı fəailiyyət göstərən hər bir bazarında baytarlığa nəzarət xidməti mövcuddur. Lakin bu nəzarət xidməti demək olar ki, gözə çarpmır. Bütün qəssablar biraz “pul basaraq” həmin müfəttişi susdurmağa çalışırlar. 20manatla- 50 manat arası pul verərək bir ay həmin mağazadan uzaqlaşdırmış olur həmin müfəttişi. Saxta yolla bir sertifikat alıb fəaliyyətlərinə davam edirlər. Lakin “hörmət etməyən” mağazaya get-gəlləri ilə bezdirib sonda ona da “hörmət etməyi” öyrədirlər. Baytarların iş prinsipləri sözün əsl mənasında bundan ibarətdir. Yalnız televiziya xəbərlərinin çoxsaylı təkidlərindən sonra çəkiliş vasitəsi ilə bir sıra anti-sanitar hallara yol açan mağazalara möhür vuraraq bağlandığının şahidi oluruq. Onu nəzərinizə çatdıraq ki, ət satışa buraxıldıqda həmin ətə nəzarət olaraq yoxladıqdan sonra satışa icazə verilə bilər. Lakin, pərakəndə satışla necə gəldi ət kəsimi ilə ət satışına yol açan mağazalar üstünlük təşkil edir. Bu mağazalar əsasən yol qırağında daha çox nəzərə çarpır. Həmin fəaliyyət göstərən mağazalar əsasən qol qırağı olduğuna görə bütün yolun toz-torpağı ilə yanaşı həmdə milçək bakteriya mənbəyi olur. Ət kəsildikdən 2 saat sonra mütləq soyuduculara qoyulmalıdır. Lakin çox vaxt biz ətlərin tənzifə bükülü vəziyyətdə yolun qırağındakı ağaclardan salladıqlarının şahidi oluruq. Bu isə ətin kimyəvi tərkibinin dəyişməsinə səbəb olur. Biraz müddət çox çəkdikdə isə ətin xarab olmasına gətirib çıxarır. Lakin buna aidiyyatı qurumlar qeyri-ciddi yanaşırlar.
Bəzən xəbərlər dən eşidirik ki, baytarlıq nəzarət xidməti hansısa rayonda reyd keçirdi, bu reydin nəticəsində mənşəyi məlum olmayan ətlər aşkarlandı. Doğrudan da bölgələrimizlə yanaşı paytaxtımızda da mənşəyi məlum olmayan ət kəsimi ilə qarşılaşırıq. Bəzən heç xəbərdar belə olmadan mənşəyi məlum olmayan ətləri alıb satışa buraxaraq insanları aldatmış olurlar. Heç düşünmürlər ki, bu ətdən öz ailələri istifadə etmiş olar. O zaman nə baş verəcəyi haqda düşünsələr bu əməli törətməyin nə kimi qanun pozuntusuna yol açdığını dərk edərlər.
Ət kəsimi ilə məşğul olan qəssabların üst-başlarının da vəziyyəti insanları ətdən iyrəndirməsinə səbəb olur. Çünki, gündəlik geyimdə olan qəssabların kəsdikləri ətin keyfiyyəti təmizliyi elə həmin qəssabın vidindən məlum olur. Hətda bəzi qəssablara nəzər salsaq insan vahimələnər sözün əsl mənasında, o qədər aqressiv sima ilə elə əti çırparaq kəsirlər ki, kənardan heçdə xoş görüntüyə səbəb olmur.
Anti-sanitar vəziyyətlə yanaşı bəs ətlərə qiymət artımını kim edir? Buna nəzarət edən baytarlıq nəzarət xidməti nə üçün başdan soyudu yanaşır? Xəbərlərdə, sosial şəbəkələrdə yayılır ki, ətin qiyməti qalxdı. Bu xəbərin mənbəyinin ziddinə getmək lazımdır ki, bu səlahiyyəti onlara kim verirki qiymətlər istədikləri zaman artır, istədiklərində enir. Vətəndaşların haqlı narazıçılığına səbəb olan bu hal nəyə görə nəzarətdən kənar qalmalıdır? Buna bariz nümunə olaraq onu göstərmək olar ki, gündəmin ən aktual xəbəri olar ətin qiymətinin 0.50 qəpik artmasıdır. Ekspertlərin fikrinə görə bu qiymət sentyabr ayına doğru 1 manat civarında dəyişəcək. Həmçinin deyilir ki, bu artım toy mövsümü ilə əlaqəlidir. Ümid edək ki, aidiyyatı qurumların nəzarəti nəticəsində qiymətlərin enməsi təmin olunacaq. Çünki qarşıdan Qurban bayramı yaxınlaşır. Bu səbəbdən də qurbanlıq alan vətəndaşlar üçün bu artım heç də sərfəli olmayacaq.
Elvin Mahmud
Leqal.info