Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin M. S. Ordubadi küçəsində baş verib.

Sabirabad şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info