Zərdab sakininin su arxından meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info