Ölkəmizdə ekoloji mühitin pozulması, meşələrin, otlaqların sayının kəskin azalması, şəhərlərimizdə atmosfer havasının, Kür, Araz çaylarının, Xəzər dənizinin, su kanallarının çirklənməsi, ən əsasda ümumilikdə ətraf mühitdə yaranmış bir sıra problemlər ekoloji biliklərə tələbat və marağı artırır. Son zamanlara nəzər salsaq onun da şahidi olarıq ki, ətraf mühitin çirklənməsinə yardım olaraq tələbə təşkilatları, hansısa cəmiyyət qurumu bir cəm halında yığışaraq zibil tullantılarını dəniz kənarlarından, yollardan, ağacların yanlarından toplayaraq bu işdə azda olsa əllərindən gələni əsirgəmirlər.
Vətəndaşların haqlı narazılıqlarından ən önəmlisidə zibil qutularının azlıq təşkil olunmasıdır. Bununla bağlı onu deyə bilərik ki, bəzən vətəndaş əlində olan zibil tullatısını düz 1 saat şəhəri fırlanaraq nəhayət zibil qutusu tapmaması səbəbi ilə öz evinə gətirmiş olur. Bu cür vətəndaşların sayı azlıq təşkil etmiş olur. Bir digər məqam isə vətəndaşların həmin zibili zibil qutusunu yaxında görmədiyində yerə tullayır. Sanki normal bir hal kimi yoluna davam etdirir. Lakin həmin insan yolundan qaytarılıb atdığı zibili özü əyilərək götürmək məcburiyyətində qalsa, ictimai qınağa rast gəlsə o bu halı birdə təkrarlamayacaq.
Bir digər fakt isə birinin atdığı tullantını digər biri ayaqlayıb itələyərək gənclər top kimi oynadırlar, digər biri isə həmin tullantını, məsələn sok şirəsini ayaqlarıyla partladıb və nəticədə səs-küyə səbəb olaraq narahatlıq yaradır.
İstəyirik ki, yediyimiz qida, içdiyimiz su, gəzdiyimiz küçələr, istirahət parkları, bir sözlə, hər birimiz gözəl və təmiz hava da, ətraf mühit də olaq. Lakin təəssüflə qeyd edək ki, istəyimiz əməllərimizlə üst-üstə düşmür. Belə olmasaydı bir vaxtlar dünyanın ən təmiz və gözəl şəhərlərindən olan Bakı indi zibil tullantıları qarşısında aciz qalmış olmazdı. Söhbət açacağımız mövzulardan biri paytaxtımızın günü-gündən böyüməsi, gözəlləşməsi və aparılan abadlıq işləri ilə yanaşı onun ekoloji təmizliyinin get-gedə pisləşməsidir. Bu isə həm xəstəliklərin artmasına, mikrob yuvalarına, ekosistemin pozulmasına səbəb olur. Həm də şəhərimizə qonaq qismində gəlmiş turistlər üçün də heç də xoş olmayan bir mənzərə yaradır. Çünki, hər addım başı bir butulka, siqaret kötüyü, salfet, kağız, saqqız bu kimi tullantılara rast gəlmək nəinki bizim üçün hətda heç turist üçün də xoş hal deyil.
Digər danılmaz faktlardan biri isə maşın idarə edən sürücünün və ya sərnişinin maşının pəncərəsindən zibili yerə tullamasıdır. Həmin sürücünün maşının qazı ilə havanı zəhərlənməsi bir yana ətraf mühitidə çirkləndirmiş olur. Hətda bu halı televiziya telekanalları da xəbərlər proqramında canlandırılıb ictimaiyyətə təqdim etmişdir. Yüzlərlə pəncərədən zibil tullantısı atan sürücülərin şahidi olmuşuq. Maşını idarə edə-edə sürücü zibil qabının düz yanında əlindəki tullantını çölə ataraq zibilləmiş olur ətrafı. Bu isə sürücünün qeyri-etik davranış göstərməsi ilə həmin insanın mədəniyyətindən xəbər verir.
Əgər yanımızda zibil qutusu ola-ola əlimizdəki əşyanı, qutunu və ya lazımsız bir əşyanı yerə atırıqsa, bu fakt həmdə bizim yaşadığımız əraziyə, şəhərə hörmətsizlik sayılır. Çünki, hər tərəfdə abadlıq işləri gedən bir zamanda nə səbəbə biz də hər atdığımız tullantıya görə məsuliyyət daşımayaq. Səbəb olduğumuz bu halla ətrafda xoş görüntüyə mane olaq.
İstərdik onu da vurğulayaq ki, səhərin sübh çağında saat 5-dən Bakının küçələrinin, addım başı atılan zibil qalıqlarını, siqaret kötüklərini süpürüb təmizləyən xanımların işləri isə olduqca çətindir. Nə qədər olar ki, həmin xanımlar hər gün əyilərək süpürdükləri küçələr də insanlar ardınca zibilləməsi bu əməyə, zəhmətə verilən sağolun cavabıdır? Bəs 120 manat əmək haqqı onların əməklərinin haqlarını təmin edirmi? Yəqin ki, həmin xanımlar bu qədər gündüz-gecə demədən işləyirlərsə bu məbləğ onların əmək haqlarının qarşılığında cuzi bir məbləğdir.
Dövlət bu məsələni daim öz diqqətində saxlayıb. Milli Məclisin istehsalat və məişət tullantılarının atılması ilə bağlı cərimələr sərtləşdirilib. Fiziki şəxslər 20 manat, vəzifəli şəxslərə yüz manat, hüquqi şəxslərə isə 500 manat cərimə tətbiq olunur.
Sonda bunu da qeyd edək ki, əgər biz bir cəmiyyət olaraq özlüyümüzdə düşünsək və dərk etsək ki, ətraf mühit bizim bir evimizdir. Biz evimizdə əlimizdəki siqaret kötüyünü evə atırıq? Bunu mütəmadi olaraq təkrarlasaq ev zibil yuvasına çevrilər. Bəs yaxşı bizimlə yanaşı digər şəxslər, qonşularda evimizi zibilləsə hara gedib çıxar bunun sonu? Odur ki, cəmiyyəti də bizim evimiz kimi düşünsək bu halda məsələ öz həll yolunu tapmış olar. Gəlin hər kəs bir fərd olaraq təmizlik qaydalarına riayət etsin.
Elvin Mahmud