Bu günün ən aktual, gündəmdə olan mövzularından birinə - Bakı Metropolitenində olan problemlərə toxunmaq isdərdik.

Leqal.info xəbər verir ki, problemlərdən ən önəmlisi təhlükəsizliyə qeyri-ciddi yanaşılmasıdır. Polis əməkdaşlarının detektor aparatları demək olar kı, isdifadə olunmur. İşığı, siqnalı yanmadan çantaya vurulur. Bəzən isə, metrodan istifadə etməli olan sərnişin polis əməkdaşlarının yanından keçərkən özləri ilə daşıdıqları çanta polis əməkdaşlarının diqqətini cəlb etmir. Hətta detektor çantaya toxunarkən, səs salsa belə bu hal polislərin diqqətini cəlb etmir. Bu problemi heç bizim vətandaşlarımızda önəmsəmirlər. Təhlükəli bir şəxs gördükdə xəbər vermədən ötüb keçirlər. İsdərdik ki, hər kəs bir fərd olaraq buna ciddi yanaşıb öz köməkliyini göstərsin. Bildiyimizə görə qardaş ölkə olan Türkiyəyə belə gəlib çıxmış bu təhlükənin bizdə olmayacağına heç kim zəmanət vermir. Hər gün səhəri pis xəbərlərlə açırıq : bomba həyacanı, törədilən terror hadisələri, partlayışlar və bu kimi digər hallarda ölənlərin sayı getdikcə artmaqdadırsa nəyə görə bizdə bu mövzu göz önündə saxlanılmaya?
İnsanların ən sıx və gündəlik isdifadə etdikləri metrolarımızda , təhlükəsizliyimizdən polis əməkdaşları daha diqqətli olmalıdır. Onlar hər kəsi bir nəfər kimi dəqiq yoxlayaraq öz işlərinin öhdəsindən tam gəlsələr insanlarımızın can sağlamlığı güvəndə olar. 1994-cü ildə “20 YANVAR”, “GƏNCLİK” metro stansiyalarında partlayış baş vermiş və nəticədə xeyli sayda insan həlak olmuşdur. Bu da onu göstərir ki, bizim Metropolitendə güclənmiş iş rejimiylə yanaşı təhlükəsizlik tədbirləridə yox dərəcəsindədir.
Daha bir problemlərdən biri də vaqonlarda olan sıxlıq sərnişinlərin narahatlığına səbəb olur. Bildiyimiz kimi keçən il Avropa oyunları ərəfəsində metropoliten yeni qatarlarla təmin olunsa da sayı az olduğundan bu insanları qane etmir. Nədən sə istismar vaxtı bitsədə hələ də köhnə qatarlar xəttə buraxılır. Olmaz ki, yalnız yeni qatarlar isdifadəyə verilsin . Çünki, köhnə qatarlarda kondisioner işləmir, rahatlıq, komfort yoxdur. Bu həm də görünüş baxımından da əhəmiyyətlidir. Ona görə ki, paytaxtımıza üz tutan turistləri qane etsin.
Məlum məsələdir ki, sıxlıq olduğuna görə sərnişinlər vaxtı-vaxtında gələn qatara minə bilmədikləri üçün növbəti qatarı gözləyirlər. Bu da çox böyük vaxt itkisinə səbəb olduğuna görə mənzil başına vaxtında çatmağı təmin olunmur. Havalandırılma sistemini təmin edən şaxtaların əhatəyə alınaraq obyekt, kafe istifadəyə verilir. Bu isə çox böyük problemə gətirib çıxarır, nəticədə havalanmada problem yaranır. Hər hansı bir partlayış baş verdikdə həmin şaxtalar, havalanma sistemi ilə yanaşı onun ətrafındakı obyektlər də böyük təhlükədə olacaq. Çox vaxt biz müşahidə edirik ki, həmin şaxtaların ətrafındakı kafelərə, obyektlərə gələn müştərilər istifadə etdikləri tullantıları , siqaret kötüklərini havalanma şaxtalarına atırlar.
İnsanların bir-birinə qarşı etik qaydalara riayət etməməsi faktı da göz önündədir. Buna misal olaraq yaşlı, uşaqlı və hamilə xanımlara yer verməmək göstərmək olar. Bu məsələ artıq metropolitenə aid deyil, yalnız insanların öz etik normaları bilməməsindən irəli gəlir. Ən azından sağlam düşüncəli insan anlamalı və nəzakətlə yanaşaraq imtiyazlı şəxslərə yer verməlidir .
Növbə ilə birinci düşənlərə yol verib, sonra qatara daxil olmaq da bir etik normadır. Yalnız bu mədəniyyət bizdə hələ də tam inkişaf etmədiyi üçün insanlar bir-birini itələyərək içəri daxil olduğundan çox böyük vaxt itkisi baş verir.
Bir məsələyədə toxunmaq istərdik ki,bəzən insanların metroda tibb məntəqəsinə çox böyük ehtiyacı yaranır. Bu hal ən böyük problemdir. Çünki, metroda ölüm halları,ürəkgetmə bu kimi hallar baş verdikdə çox vacibdir ki, metro stansiyalarında tibb məntəqəsi isdifadəyə verilə . İlk yardım olaraq insanların gedə biləcəyi onların can sağlamlıqlarını qoruya bilmələri üçün çox zəruridir.
Sonda bir məsələyə də diqqəti cəlb etmək istərdik ki, insanların təhlükəsisliyini qorumaq üçün qoyulmuş xətti keçərək insanlar özlərini, həmdə maşinisti təhlükəyə atırlar və bu da qatara maneçilik törədir. Yalnız mikrafon vasitəsiylə həmin xətti keçmiş vətəndaşa xəbərdarlıq etdikdən sonra geri çəkilirlər.
Hər kəs öhdəliyini yerinə yetirsə, bu problemlərin sayı azalmış olar.

Leqal.info Xəbərlər Şöbəsi