Leqal.info xəbər verir ki, Azərbaycan da bugün qanunla səyyar küçə ticarətinə icazə verilmir. Amma bəzi inkişaf etmiş dünya ölkələrində qanunla küçə ticarəti ilə məşğul olanların sayı xeylidir. Əsasən metroların çıxışında, insanların sıxlıq təşkil etdiyi ərazilərdə məskən salırlar. Bəzi hallarda insanların gediş-gəlişinə maneçilik törətdiyinin şahidi oluruq. Elə götürək əvvəllər metroların giriş-çıxışlarındakı səyyar şəkildə hər cür ləvazimat, məhsul satanları. Həmin yer dar olduğundan insanlar mağazanın qabağına toplaşdıqda, metrodan istifadə edən vətəndaşların gediş gəlişinə maneçilik törənirdi. Bu pərakəndə satış o qədər maneçiliyə səbəb olmuşdu ki, nəhayət aidiyyatı qurumlar yerli dibli həmin səyyar satıcıları metrodan uzaqlaşdırdı. İndi vətəndaşlar metrodan sərbəst şəkildə istifadə edə bilir. Amma maraqlı və qaranlıq qalan məqam bütün metroların yerli dibli təmizlənməsinə baxmayaraq yalnız bir metro stansiyasında fəaliyyətini davam etdirənlərə qadağa qoyulmayıb. “20 Yanvar” metro stansiyanı giriş və çıxış ərazilərin də bu alver bazarının pərakəndə satışına icazə verilir. Həqiqətən də əgər bütün metrolar bağlanıbsa bir metro stansiya saxlamaqda məqsədləri nədir. Yəqin aidiyyatı qurumların da cibinə xeyri olduğu üçün susulur bu məsələyə.
Bununla yanaşı küçə ticarətinin çoxluq təşkil etdiyi demək olar ki elə bir ərazi olmasın. Hər addım başı bunun şahidi ola bilərik. Ən çox rayondan gələn vətəndaşlar oradan gətirdikləri kənd təsərrüfatı məhsularının satışı ilə məşğul olurlar. Vedrələr də satışı təmin olunan meyvə tərəvəz məhsulları mövsümünə uyğun bazarla nisbətdə ucuz satıldığı üçün daha çox alıcı kütləsi olur. İş saatının çıxış vaxtında insanların marağını cəlb etmək üçün hətda yüksək səslə, xüsusi qafiyələrlə pərakəndə şəkildə məhsullarının satışına başlayırlar. Əvvəlki vaxtlardan belə bir hadisəni xatırladaq, əvvəllər nəzarət üçün müfəttişlər, polis əməkdaşları küçə ticarəti ilə məşğul olanlara nəzarət edərdi. Hansısa mənfi hala rast gəldikdə dərhal müdaxilə üçün həmin şəxsə yaxınlaşmağı ilə qaçdı-tutdu oyunuyla gözdən itməsinə nail olardı. Beləliklə küçələrdə insanların sıx olduğu ərazilərdə daha çox polisin qovaladının, satıcıların qaçdığının şahidi olardıq. Lakin indi dövr dəyişib. Əvvəlki şeylərin dadı-duzu qalmadığı kimi bu hal da adiləşib. İndi müfəttiş yanından keçir heç çevrilib baxmır ki, qışqıra- qışqıra salfetka, iynə saplayan aparat, alışkan, yelpik satan kimdir. Ona hansı qurum icazə veribki bu satışla məşğuldur.
Özünə xüsusi masa stul düzəldərək satışını həyata keçirənlərlə yanaşı bu işi ayaqüstündə gəzə-gəzə davam etdirənlərin də sayı xeylidir. Əsasən “Koroğlu”, “28 May”, “ 20 Yanvar”, “8 km bazarı” ərazilərində kiçik yaşlısından tutmuş yaşlı qocaya kimi hərə əlinə bir torba alıb nəyinsə satışını həyata keçirir. Özüdə bu ərazilərdə sərnişin daşınma avtobuslarına daxil olaraq yüksək səslə danışıb müştəri cəlb edirlər.
Küçə ticarəti ilə məşğul olan səyyar satıcıların ən şad günləri bayram günləridir. Bayram günlərində onlar xüsusi can-fəşanlıqla hazırlıq görürlər. Diqqət çəkən ifadələr, qafiyə, şeirlər söyləyərək vətəndaşları özünə cəlb edir. Xüsusi bayram günlərində hər addım başı ara məhəllələrdə fəaliyyətə başlayırlar. Ən çox rahat şəkildə alverlərini axşam saatlarında edirlər. Axşam saatları onlar üçün daha əlverişlidir. Həmin bayrama uyğun dövlətimizin atributlarını ya da bölgələrimizin logosunu əks etdirək suvinirlərin satışını həyata keçirirlər. Misal olaraq, Gül Bayramında rəngbərəng şarlardan gül forması, muncuq, toxunma əl işlərinin gül formasında satışı, daha sonra Yeni İldə yeni il aksesuarları, Novruz Bayramında isə bayramı əks etdirən simvolların satışı ilə fəal şəkildə məşğul olurlar.
Ölkəmizlə yanaşı bir sıra inkişaf etmiş ölkələrdə hər dalan, məhəllə də küçə ticarəti ilə məşğul olurlar. Lakin bunu qanun pozuntusu etmədən səliqəli şəkildə təmizliyə riayyət olunaraq reallaşdırırlar. Qazandıqları məbləğin qarşılığında dövlətə vergi borcunu ödəyərək fəaliyyətlərini uzun ömürlü edirlər. Bizdə isə heç bir vergi borcu ödənmədən, kimsə müfəttişə biraz hörmət edib o ərazidə məskən salıb satışlarını həyata keçirirlər. Bu hal da isə ərtafdakı insanlarla yanaşı heç turistlər üçün də xoş mənzərə yaranmır. Təmizlik, gigiyena qaydalarına riayyət olunmur, hətda görünüşcədə qıraqdan tör-töküntülü vəziyyət görünür. Dünya ölkələrində küçə ticarəti onların mədəniyyət sahələrinin ayrılmaz bir qoludur. Çox səliqəli, mədəni, qanunla bütün normativlərə uyaraq küçə ticarəti ilə məşğul olurlar.
Bizdə artıq “küçə ticarəti” anlayışı İnzibati Xətalar məcəlləsinə əlavə olunub. Nəsə qanun pozuntu edən şəxsi 80 manat dəyərində cərimələndirir.
Əslində onlarıda qınayası, günahlandırılası bir səbəb yoxdur. O insan da çalışıb evinə bir parça çörək pulu apara bilməsi üçün səhərdən axşamacan yay-qış demədən canlarını ortaya qoyurlar. Kim xoş günündən gedib o cür işlə məşğul olar ki, nə var nər 5 dənə salfetka satıb 1 manat əldə edəcək. Lakin bunu edərkən gərək qanun çərçivəsində ətrafı narahat etməyəcək şəkildə edəsən.
Elnurə Fərhadqızı