Leqal.info xəbər verir ki, acınacaqlı vəziyyət ölkə ilə yanaşı bölgələrimizdə də hökm sürür. Demək olar ki, ara məhəllələr də tez-tez rastımıza çıxan sahibsiz küçə itləri təhlükə mənbəyidir. Sahibsiz küçə itlərinin taleyi necə olacağı haqqında nəyə görə heç kim düşünmür. Axı bu itlərin küçələrdə veyil-veyil dolaşması özümüzlə yanaşı körpələrimizində can güvənliyi şübhə altında qoyur. Nə səbəbə bu problemlə ciddi şəkildə fəaliyyət göstərən bir qurum yoxdur. Allahın yaratdığı bu canlılara niyə biganə yanaşılır?
Onu deyə bilərik ki, əsasən axşam və gecə saatlarında sahibsiz küçə itlərinin fəaliyyəti aktivləşir. Sahibsiz, ac-yalavac, xəstə şəkildə dolaşan bu itlər demək olar ki, həm də bir-birilərinə ətrafa öz səslərini hayqıraraq bir növ imdad istəyirlər. Biganə yanaşıldığını hiss edən canlılar ona görə bu dərəcə aqressivləşirlər. Aqressivləşdiklərə görə bir birilərinə, ətrafdakılara hürürlər.
Bu problemin ən qabarıq forması olan it dişləməsi halı ilə rastlaşan aşyaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin artıq həmin uşaq da quduzlaşma gedərək dünyasını dəyişməsinə səbəb olmuşdur. Bu kimi xəbərlərlə tez-tez rastlaşsaq da ən aktual bu yaxınlarda baş vermiş bu hadisə doğrudan da ürək ağrıdıcı haldır.
Qeyd edək ki, sahibsiz küçə itləri ilə problem bizim ölkə ilə yanaşı avropa ölkələrində də bu problemin həll yolunu araşdıraraq həmişə diqqət mərkəzində saxlayırlar.
Elə götürək yaxın qonşu Türkiyəni. Orada küçələrdə veyil-veyil dolaşan itləri dövlət öz hesabına küçələrdən topluyub peyvənləyir. Peyvəndlənən küçə itlərinin fərqlənməsi üçün qulaqlarına sırğa taxılır. Həmçinin həmin ölkədə bu problemi təkcə dövlət fikirləşmir, hətta müğənnisindən sadə vətəndaşına kimi hər kəsin maraq dairəsindədir. Televiziya verlişlərində müntəzəm olaraq güclü təbliğat keçirilir. Tanınmış müğənnilərin əksəriyyətinin həmin sahibsiz itlər üçün sığınma yuvaları “heyvan barınakları” tikdirib sahibsiz itlərin azalmasına yardım etdiklərini nəzərinizə çatdıraq. Amma bizim yerli məhşurlarımız heç bu haqda gələcək planlarında da yoxdur. Onlar ancaq ev, maşın, pul dalıyca qaçmaqla məşğuldurlar.
Bir digər ölkədəki vəziyyətlə bağlı yazsaq deyə bilərik ki, Avropa ölkələrində sahibsiz küçə itlərinə nəzarət çox güclüdür. Buradakı qanunlar da hətta çox sərtləşdirildiyinin şahidi olarıq. Həmin ölkələrdə sahibsiz küçə itlərinə zərər vermiş şəxslərə qadağa qoyulub. Əgər həmin itlərə zərər vermiş olsalar külli miqdar da cərimələnəcək. Hətda itini gəzdirən vətəndaşın itinin ağızlığı yoxdursa onda da cərimələnir. Bu qoyulmuş qaydalar küçələrin səliqəyə salınıb abadlaşmasına şərait yaradır.
Həmin heyvanların öldürülməsi problemin çıxış yolu sayılmır. Çünki, öldürməklə problem həll yolunu tapmır. Bəzən şahidi oluruq ki, həmin itlərin öldürülməsi balaca, kiçik yaşlı uşaqların gözlərinin önündə törədilir. Bu isə kobud şəkildə desək vəhşilik sayılır. Nəzərinizə onu da çatdıraq ki, kiçik yaşlı uşaqların həmin vəhşiyin şahidi olması heçdə yaxşı hal deyil. Həmin uşaq gələcəkdə vəhşi bir cəmiyyətdə yaşadığını zənn edib, o da ətrafındakı insanlara qarşı aqressiv yanaşacaq. Həmçinin insanlarla yanaşı heyvanlara, ətraf mühitə qarşı da ciddi şəkil də ziyanverici insana çevrilir.
Vaxtaşırı şahidi olduğumuz bu problemi həll edən naməlum qurumların, bir dəfə şahidi olduğumuz bir faktı sizin nəzərinizə çatdıraq. İtləri aydın şəkildə seçmək üçün səhərin çox erkən saatlarında bilinməyən bir qurumun əməkdaşları həmin sahibsiz itləri ataraq sürətli şəkildə maşının baqajına dolduraraq ordan uzaqlaşıb gözdən itdilər. Bilinmədiki onlar kim idilər? Nəyə görə bu canlıları öldürərək sıraya düzüb ilim-ilim itdilər həmin ərazidən. Onlara bu səlahiyyəti kim verib? Onları öldürmək yox diqqət mərkəzində saxlamaq lazimdır!
Bu problem bizim ölkədə də o qədər ciddi olmasa da hərdən diqqətdə saxlayırlar. Bununla bağlı deyə bilərik ki, Azərbaycan Respublikasında 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub. Həmçinin ölkəmizdə bir digər qurum öz fəailiyyətinə başlayıb. Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi 2009-cu ildən fəaliyyətə başlayıb. Bundan sonra heyvanlara qəddar davrananlar, onlara işgəncəli davranaraq öldürənlərə İnzibati Xətalar Məcəlləsində cəzaların cəriməsi 25 manatdan 500 manata qaldırılıb. Sözün doğrusunu desək həmin qurumun fəaliyyəti, gördüyü işlər bizə məlum olmasa da belə bir qurumun olduğunu bilirik. Həmin ərazidə olan sahibsiz itlərin isə ya statiskasını bilən yoxdur ya da küçələrdə köməksiz itlər azalmaq yerinə daha da artmaqdadır. Abşeron rayonu ərazisində fəailiyyət göstərən bu qurumun yaradılmasın da külli miqdarda vəsait qoyularaq inşasına başlanıb. Bu binada hər cür avadanlıqlarla yanaşı hər bir şərait hazırlanıb. Bu qurumun iş prinsipi sahibsiz heyvanları yaralarını sağaldaraq yenidən həyata qaytarırlar.
Sonda onu qeyd edək ki, əgər bir canlı sahibsizdirsə ona qulluq göstərib həyata qaytarmaqla siz həmdə Allah qatında suvab iş qazanmış olarsınız. Ac- yalavac dolaşan canlılara verdiyiniz çörək, su ilə ya siz kasiblamarsız ya da sizin başınıza təhlükəli nəsə gəlməyəcək. Ən azından bir canlını həyata qaytarmış olacaqsız. Bunu edərkən düşünmək də lazımdır ki, etdiyiniz bu yaxşılığı ən sadiq heyvan olan it üçün edirsinizsə deməli etdiyiniz yaxşılıq heçvaxt itməyəcək.
Elvin Mahmud