Bu dəfə sizlərə sosial şəbəkələr, internet və bundan istifadə edən cəmiyyətimizdən söz açmaq istərdik.

Leqal.info xəbər verir ki, artıq gənclərlə yanaşı azyaşlı uşaqlar və yaşlı nəsil də sosial şəbəkə internet alüdəsi olub. Bu artıq bütün dünyanı əhatə etmiş böyük bir problemə çevrilmişdir.
Sosial şəbəkələr və internetin faydalı tərəfləri ilə yanaşı çox zərərli yanları da var. Artıq insanın öz seçimiylə bağlı məsələdir ki, faydalı tərəflərindən yararlansın ya zərərli tərəflərindən. Onu qeyd edə bilərik ki, insanlar internet vasitəsiylə istənilən məlumatı toplamaq imkanına malikdir. Nəzərinizə onu çatdıraq ki, sosial şəbəkələr, internet bir deryadır sözün əsl mənasında. Odur ki, bir dəfə daxil olduqda bir daha qopub ayrılmaq mümkünsüz hala çevrilir. Buda bir çox problemlərə ən sonda isə fəlakətə çevrilərək həyatımız bahasına başa gəlir. Qeyd edək ki, gənclər o qədər sosial şəbəkələrdən qopa bilmirlər ki, hətda yolu keçərkən belə fərqinə varmırlar ki qarşıdan sürətlə maşın gəlir. Ehtiyatlı olmaq əvəzinə telefondan ayrılmır. Nəticədə fəlakətə yol açmış olur.
Digər bir hal isə sosial şəbəkələr bir növ bizim dostumuza çevrilib. Biz onun vasitəçiliyi ilə yüzlərlə “dost” qazanmış oluruq. Lakin bu dost çoxluğuna malik şəxs sosial şəbəkə olmadan dostları ətrafındadırmı? Əlbətdəki xeyr, çünki bu dirnaq arası dostlar qalıcı deyil. Süni, virtual olaraq sosial şəbəkədə gündəlik danışdığımız insana çevrilərək bizim üçün doğmalaşır. Sosial şəbəkələr, internet o qədər gözümüzü qapayır ki, əsl dostluq nədir unuduruq. Bu səbəbdən dolayı biz cəmiyyət içinə çıxdıqda, nəqliyyatda, iş yerlərində danışmağa söz tapmırıq, susub otururuq, çünki o qədər yüklənir ki beynimiz internetə söz kasadlığından ünsiyyət qura bilmirik.
İnternet, sosial şəbəkələrin açdığı bir digər bəla isə burda olan virtual tanışlıqla ailə həyatı qurmaqdır. Statistikaya nəzər saldıqda boşanmaların səbəblərinin başında sosial şəbəkələr, internet durduğunun şahidi olarıq. Burdakı dostluğu azacıq anlamaq olar , amma tanışlıqla ailə həyatı qurmaq bu artıq müəmmalı məsələdir. Çünki sən bu insanla bir ömür yaşayacaqsan. O zaman gələcəkdə nələrin baş verəcəyi artıq məlum olur. Çünki realda danışmağa ərinən bu iki gənc yenə sosial şəbəkələr vasitəsiylə əlaqə yaradacaqlar. Bəs yaxşı həmin gənclərin dünyaya gətirdikləri uşaq necə böyüyəcək? Həmin uşaqla internetdən macal tapıb məşğul olmayacaqlar. Nəticədə isə həmin uşağın gələcəyi ürək ağrıdıcıdır.
Bir digər məqam isə sosial şəbəkələr tanışlıq, virtuallıqla yanaşı, yalan münasibətədə zəmin yaradır. Çünki, komputer arxasında qarşısındakı insana özünün ən yaxşı şəkildə təqdim etməyə çalışır. Məsələn yaşını, adını, şəklini, tərbiyəli şəkildə mükəmməl danışığı ilə qarşısındakı insanla vaxtını keçirərək tanışlıq verir. Nəticədə isə yalanlarla dolu bir münasibət baş tutur.
İndi hara baxırsan bir yaşlı qadın və ya kişi əlinə telefon alıb özü üçün nəsə başını qatır. Bu isə yaşlı təbəqənin həm də sağlamlığına da öz təsirini göstərmiş olur. Çünki, günün xeyli hissəsini telefon, komputer arxasında keçirmiş olurlar. Bu da şüa qəbulu ilə onların sağlamlıqlarına zərər yetirmiş olur.
Yaşlılarla yanaşı indi körpə yaşından telefon, komputer alüdəsinə çevrilənlərində sayı xeylidir. Artıq burda günah valideynlərin çiynlərinə düşmüş olur. Çünki, valideyn uşağın bir balaca səsi çıxan kimi tez əlinə telefonu verib internet oyunlarıyla başını qatmağa çalışır. Mütəmadi baş verdiyindən uşaq körpə yaşından internetin alüdəsinə çevrilir. Nəticədə uşaq öz təfəkkürün inkişaf etdirərək oyunlar oynamaq yerinə internet oyunlarını seçir. Həyətdə dostları ilə oyun oynamadığından əlaqəsi kəsilir, həmdə oyunlarıda yadırğamış olur.
Qonşu dövlətlərdə sosial şəbəkələrdən, internetdən xeyrli məqsədlər üçün istifadə edirlər. Hər hansısa bir aksiya, terror hadisəsi, yürüş haqda məlumatı sosial şəbəkələr, internet vasitəsi ilə xalqı xəbərdar edib, məlumatlandırırdılar. Bu yönümdə bizim sosial şəbəkələrdə geri qalmır. Misal olaraq deyə bilərik ki, son aprel döyüşləriylə bağlı ölkəmizin gəncləri çox fəallıq nümayiş etdirdilər. Demək olar ki, bütün gənclər qrup şəklində sosial şəbəkələrdə yığışaraq bir sıra aksiyalar həyata keçirdilər. Şəhidlər xiyabanında toplaşmış minlərlə gənc sosial şəbəkələr vasitəçiliyə ilə toplanmışdı.
Bir digər problem isə gənclərimizin kitab, qəzet, jurnal bu kimi təbii yollarla informasiya əldə etmək əvəzinə internet vasitəsi ilə əlumat toplamağı tərcih etmələridir. Çünki, heç bir kitab, qəzet, jurnal bu kimi ləvazimatları əvəzləcək bir qurğu, bir sistem yoxdur.
Sonda bir sualla müraciət etmək istərdik. Sosial şəbəkəsiz bir həyat haqda düşünmüsünüz heç? Əlbətdəki yox. Çünki, bu cür hal baş versə həqiqətən də insanların sürətli məhvinə səbəb olar. Sosial şəbəkələrdəki dostları olmasa insan ətrafına baxacaq və görəcək ki, yalnızdır heç bir dostu yoxdur, virtual yolla qurduğu ailədən isə danışmaq istəmirəm. Gəlin özümüz özümüzün sonuna çevrilməyək. Bir mənalı olaraq hər kəs fərd olaraq özündə qadağalar yaratmağı bacarsın və bu mühitdən uzaqlaşsın bir balaca. İnsan övladı həyatın dadını onda yaşayaraq, görüb, bilib, öyrənərək, dərk edərək anlamalıdır.

Elvin Mahmud