Cəlilabad rayonunun Zərbiəlli kənd məktəbində olan qanunsuzluqlarla əlaqədar rayon prokurorluğunda tədqiqat aparılıb.

Leqal.info xəbər verir ki, tədqiqat zamanı bəhs edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatları üçün əməkhaqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda zərər dəyməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.
Hal-hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Leyla Kamil
Leqal.info