Cənubi Azərbaycanlı məhbus hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına namizədliyi açıqlanıb.

Leqal.info xəbər verir ki, Nərgiz Məhəmmədinin adı Norveçin paytaxtı Osloda yerləşən Sülh araşdırmaları institutunun direktoru Henrik Urdalın açıqladığı siyahıda yer alıb.
Urdalın namizədlər içində adları ilk sıralarda olanları təqdim etdiyi siyahıda Nərgiz Məhəmmədinin adı birinci sıradadır.
Güney Azərbaycanın Zəncan şəhərindən olan, Parisdə “Hüdudsuz Reportyorlar” Təşkilatının 2022-ci il üzrə “Cəsarət mükafatı” verilən İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədi 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb.
Elvin Mahmudlu
Leqal.info