Marion Lalisse Avropa İttifaqı tərəfindən müsəlmanlara qarşı nifrətlə mübarizə üzrə yeni koordinator təyin edilib.

Leqal.info xəbər verir ki, Lalisse İslamafobiyaya qarşı siyasi reaksiyaları gücləndirmək məqsədilə Avropa institutları, üzv dövlətlər, vətəndaş cəmiyyəti və akademik dairələrlə işləyəcək.
Qeyd edək ki, Şərq və Afrika Tədqiqatları Məktəbini (London Universiteti), Avropa Kollecini və Tuluza Le Mirail Universitetini bitirən, Aİ-nin Yəməndəki səfirinin müavini və müvəqqəti işlər vəkili işləyən Marion Lalisse, eyni zamanda Aİ-nin Mavritaniya, Qana, Mərakeş nümayəndəliklərində və Aİ-nin Kipr Türk icmasına Yardım Proqramı çərçivəsində bir sıra vəzifələrdə işləyib.
Leyla Kamil
Leqal.info