“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi, Amerikalı milyarder İlon Mask şiddətli zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması məqsədilə Türkiyəyə yardım təklifini irəli sürüb.

Leqal.info xəbər verir ki, Mask Türkiyə hökumətinin razılığı ilə “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, son məlumatlara əsasən, 7,4 bal gücündə olan zəlzələ nəticəsində Türkiyədə 284 nəfər həyatını itirib.
Leyla Kamil
Leqal.info