Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı çıxışında zəlzələdən zərərçəkən hər bir ailəyə 10 min lirə maddi yardım göstəriləcəyini qeyd edib.

Leqal.info xəbər verir ki, yaxın günlərdə zəlzələ bölgəsindəki çətinliklərin aradan qaldırılacağını qeyd edən Türkiyə dövlət başçısı zəlzələnin əhatə etdiyi regionlarda yenidənqurma işlərinin aparılacağını, həmçinin zərərçəkən hər bir ailəyə 10 min lirə yardım göstəriləcəyini bildirib.
Elvin Mahmudlu
Leqal.info