Türkiyədə baş vermiş şiddətli zəlzələ ilə əlaqədar qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Kahramanmaraş şəhərində gecə saatlarında axtarış-xilasetmə əməliyyatları əsnasında 50 yaşlı qadınn120 saat sonra sağ çıxarılıb.

Leqal.info xəbər verir ki, Kahramanmaraş şəhəri ərazisində yerləşən binaların birinin dağıntıları altından xilasedicilərimiz tərəfindən sağ çıxarılan Fatma adlı qadın müfaviq şəkildə təhvil verilib.
Axtarış-xilasetmə işləri bu gün də davam etməkdədir.
Leyla Kamil
Leqal.info