Kanadanın Baş naziri Castin Trüdo tvitter hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.

Leqal.info xəbər verir ki, Novruz şənliklərinin tez-tez bütün icmaların bir araya gəlməsini təmin etdiyini qeyd edən Baş nazir səmimi diləklərini də çatdırıb.

“Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə Castin Trüdo yazıb.

Leqal.info