Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Leqal.info xəbər verir ki, bu haqda AEBA-nın Baş direktoru "Twitter"də yazıb.

"AEBA Türk dövlətləri ilə bir çox sahələrdə, habelə dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi üçün nüvə texnologiyasından istifadə və nüvə enerjisi planları üzrə mükəmməl əməkdaşlıq edir", - Qrossi paylaşımında qeyd edib.

Leyla Kamil
Leqal.info