Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr müzakirə olunub.

Ərdoğan Türk dünyası olaraq birlik içində daha çox nəticələrin əldə edilə biləcəyinə inandığını vurğulayıb. O, Türkiyə ilə Özbəkistan arasındakı güclü əməkdaşlığın bu anlayışın əsas sütunlarından biri olduğunu qeyd edib.

Həmçinin Türkiyə dövlət başçısı özbəkistanlı həmkarını Türkiyənin ilk elektromobili olan “TOGG”u əldə etmək münasibəti ilə təbrik edərək uğurlu olmasını diləyib.

Leyla Kamil
Leqal.info