Son sutkada Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının 50 üzvü məhv edilib.

Leqal.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.

Beləliklə, Rusiyanın Ukraynada itirdiyi hərbçi sayı 187 770-ə yüksəlib.

Qeyd edək ki, dünən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarının başladığını açıqlayıb.

Elvin Mahmudlu
Leqal.info