"Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu iştirakçı ölkələr arasında münasibətlərin daha da gücləndirilməsinə və bu Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək”.

Leqal.info xəbər verir ki, bunu “Bulgartransgaz"ın icraçı direktoru Vladimir Malinov “Bulgartransgaz”, “Transgaz”, FGSZ, “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində söyləyib.

V.Malinov bugünkü imzalanma mərasimini reallığa çevirən siyasi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.

Elvin Mahmudlu
Leqal.info