Leqal.info xəbər verir ki, Azərbaycan Prezidenti Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edib, bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayıb.
Prezident İlham Əliyev əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmli olduğunu bildirib.
Dövlət başçısı ikitərəfli münasibətlərin gündəliyinin həmişə çox geniş olduğunu söyləyib, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və başqa sahələrdə əməkdaşlığın yaxşı tarixə malik olduğunu vurğulayıb.
Leqal.info