Dünən Ərzurumda İstanbul Bələdiyyə başqanı Ekrem İmamoğlunun daşa basılması ilə əlaqədar saxlanılanların sayı 15-ə yüksəlib.

Leqal.info xəbər verir ki, hazırda 4 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, ötən gün Ərzurumda keçirilən mitinqdə İstanbul Bələdiyyə başqanı Ekrem İmamoğlu daşa basılıb.

Leqal.info