Moskvada ikinci Avrasiya İqtisadi Forumu işə başlayır.

Leqal.info xəbər verir ki, forumun əsas vəzifələri sahibkarlıq subyektləri arasında etibarlı əlaqələrin formalaşdırılması, Avrasiya İqtisadi İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafı, investisiya və innovasiya potensiallarını birləşdirərək sinerji effektinə müvəffəq olmaqdan ibarətdir.

Qeyd edək ki, forum çərçivəsində mayın 25-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü də planlaşdırılır.

Leyla Kamil
Leqal.info