Xəstələrə, ehtiyacı olanlara kömək etmək hər birimizin borcudur.

Bu gün sizə şirin bir balamızı təqdim edirik. Laçın Kənan oğlu Zalov ürək qüsurlu balamızdır. Əfsuslar olsun ki, gözəl balamız ağır bir xəstəlikdən əziyyət çəkir.

2017-ci il təvəllüdlü Laçın Kənan oğlu Zalova Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) diaqnoz qoyulub. Körpənin ürək müalicəsi üçün 6000 manat pul vəsaiti tələb olunur. Xeyrxah qardaş, bacılar körpənin həyatda qalması və yaşaması üçün sizin köməyinizə böyük ehtiyac var.

Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün bu gözəl balamıza yardım etməliyik. Az və ya çox demədən hər birimiz əlimizdən gəldiyi, gücümüz çatdığı qədər bir övladımızın həyatda qalmasına kömək edək. Ona biganə qalmayaq. Güc birlikdədir. Hər kəsi gözəl balamıza yardım etməyə çağırırıq.

Qeyd edək ki, yazının sonunda kart hesabı, diaqnozla bağlı şəkillər də yer alıb. Onlara nəzər yetirə bilərsiniz.

Leyla Kamil
Leqal.info


Gəlin, Laçın balamızı xilas edək

Gəlin, Laçın balamızı xilas edək

Gəlin, Laçın balamızı xilas edək