Leqal.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Xəbərə görə, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.
"Onun həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", MN-in məlumatında deyilir.
Leqal.info