Leqal.info xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında bildirib.
"Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır", - mətbuat kaitibi vurğulayıb.
Leqal.info