Ordumuz lokal əks-terror tədbirləri keçirdiyi dövrdə yalnız dəqiq silahlarla legitim hərbi hədəfləri zərərsizləşdirilməsini həyata keçirib.

Leqal.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov lokal əks-terror tədbirləri keçirildiyi dövrlərdə tərk edilmiş və qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus döyüş mövqelərindən birində jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Silahlı Qüvvələri 24 saatdan az bir müddətdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə həyata keçirib və nəticədə Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisində olan qeyri-qanuni qalıqları ilə razılıq əldə olunub. Hazırda əsasən bu qeyri-qanuni birləşmələrin silahlarının təcrid edilməsi prosesi həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən minalardan təmizlənmə prosesi davam edir", - xidmət rəisi əlavə edib.

Leqal.info