BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.

Leqal.info xəbər verir ki, bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "X" sosial şəbəkə hesabında paylaşım edib.

N. Arpadarai bildirib ki, görüşdə COP29-a hazırlıq məsələləri müzakirə edilib.

Leqal.info