Leqal.info xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələrinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin, o cümlədən qazilərin və rayon ictimaiyyətinin iştirak etdiyi ziyarət zamanı Xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin, həmçinin “Qələbə” abidəsinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Sonra rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







Leqal.info