Leqal.info xəbər verir ki, Baş nazir Əli Əsədov bunu “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışında bildirib.
Baş nazir deyib ki, belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır: “İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub. Dövlət idarəçiliyinin rəqəmsallaşması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub”.
Leqal.info