Çox hörmətli Mehriban xanım!
Mən dəmir barmaqlıqlar arxasında olsam da,Azərbaycan xalqının prezidenti,dünya liderləri arasında birincilərdən olan xalqımızın böyük oğlu İlham Heydər oğlu Əliyev cənablarının yürütdüyü siyasəti bütövlükdə və hər zaman dəsdəkləyirəm.Son zamanlar xarici ölkələrdə gizlənərək dövlətimizin,dövlətçiliyimizin əleyhinə özlərinə yaraşan tərzdə qarayaxma kampaniyası aparan dırnaqarası ’’jurnalistlərə’’ verdiyiniz cavab məni bir daha ilhamlandırdı.
Əziz bacım Mehriban xanım!
Siz Emin Hüseynova verdiyiniz dolğun və sübut olunmuş cavabınızla məndə yenidən azad həyata qayıdaraq yaşayıb-yaratmaq arzusunu ilhamlandırdınız.
Bəli,mən bu cavabı Mircəlal Paşayevin nəvəsi,Arif Paşayevin qızı,böyük siyasətçi Heydər Əliyevin gəlini,dəmir yumruqlu prezidentimiz İlham Əliyevin həyat yoldaşı,böyük gələcəyə bütöv Azərbaycanla gedəcək Heydər İlham oğlu Əliyevin anası,bacım Mehriban xanım Əliyevadan gözləyirdim.
Çox hörmətli Mehriban xanım!
Mən sizi səmimi qəlbdən təbrik edirəm,fikirləriniz hər zaman qəti,cavablarının hər zaman dolğun,
ədalətiniz hər zaman zəfər çalsın.
Leqal.info