Quba rayonunda meşə massivində avqustun 28-də itkin düşən və bu gün səhər tapılan uşağın səhhəti normaldır.

APA-nın şimal bürosunun məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

“Üç gün ərzində ac və susuz qaldığı üçün müəyyən problemlərin olma ehtimalı nəzərə alınaraq, müvafiq müayinələr həyata keçirilib. Uşağın huşu yerindədir”, - deyə xəstəxanadan bildirilib.

Leqal.info