Leqal.info "Ölkə.Az"-a istinadən ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının varidatının siyahısını əldə edib. Həmin siyahını heç bir şərh vermədən təqdim edirik:

- Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa

- Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC"dən 4 otaqlı mənzil

- Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28

- Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil

- Quba rayonunda üçmərtəbəli villa

- Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər "ATV-nin villaları" adıyla tanıyır)

- Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri - Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.

- Türkiyədə, Quş adası istirahət bölgəsində ev

- Bodrumda mənzil
- Antalyada ikiotaqlı mənzil

- İstanbulda "Molos İstanbul" adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.

- Bayraq Meydanının yaxınlığında "Panorama" restoranı (qayını Rauf Dadaşovla şərik)


Avtomobillər

- Ən son model 2 ədəd "Audi" markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, "Audi"lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.

- İki ədəd son model "Lexus" avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir.

- Bir ədəd "Nissan patrol". Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.

- Mercedes S Class
Vüqar Qaradağlının milyonluq mülkləri, mənzillər, avtomobillər
Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə "Rent a car"dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan "Nissan Patfhinder" markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.