Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Leqal.info “A24.az”-a istinadən universitetlərlə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 5192 xəbər yerləşdirilib. Bunlardan 102 xəbər mənfi, 47 xəbər müsbət, 5043 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında Dövlət İqtisad Universiteti (89 xəbər – universitetin maliyyə fəaliyyətində nöqsan, korrupsiya) liderdir. Müsbət xəbərlər arasında liderlər: Bakı Dövlət Universiteti (16 xəbər – Vyetnam prezidenti universiteti təltif etdi), Azərbaycan Dillər Universiteti (14 xəbər – rektor fəxri doktor oldu), Bakı Slavyan Universiteti (14 xəbər – universitet eyni vaxtda üç mükafata layiq görüldü).

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 717 xəbər
2 Azərbaycan Texniki Universiteti 455 xəbər
3 Dövlət İqtisad Universiteti 409 xəbər
4 Azərbaycan Tibb Universiteti 353 xəbər
5 Azərbaycan Dillər Universiteti 283 xəbər
6 ADA Universiteti 243 xəbər
7 Dövlət Pedaqoji Universiteti 223 xəbər
8 Mədəniyyət və İncəsənət Universiteti 191 xəbər
9 Dövlət Neft və Sənaye Universiteti 172 xəbər
10 Bakı Ali Neft Məktəbi 166 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1635 xəbər dərc edilib. Bunlardan 22 xəbər mənfi, 20 xəbər müsbət, 1593 xəbər isə neytraldır. Mənfi xəbərlər Dövlət İqtisad Universitetinə (22 xəbər – universitetdə korrupsiya) məxsusdur. Müsbət xəbərlər arasında liderlər: Bakı Dövlət Universiteti (9 xəbər – “Dostluq” ordeni ilə təltif olunması), Bakı Slavyan Universiteti (6 xəbər – universitetin nüfuzlu mükafatlara layiq görülməsi).

1 Bakı Dövlət Universiteti 191 xəbər
2 Dövlət İqtisad Universiteti 147 xəbər
3 Azərbaycan Tibb Universiteti 95 xəbər
4 Azərbaycan Dillər Universiteti 85 xəbər
5 Mədəniyyət və İncəsənət Universiteti 84 xəbər
6 Bakı Ali Neft Məktəbi 80 xəbər
7 Azərbaycan Texniki Universiteti 75 xəbər
8 Dövlət Neft və Sənaye Universiteti 72 xəbər
9 Dövlət Pedaqoji Universiteti 72 xəbər
10 ADA Universiteti 72 xəbər
Sentyabr ayında televiziya kanallarında universitetlər haqqında 430 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 71 xəbər
2 Azərbaycan Milli Konservatoriyası 32 xəbər
3 Memarlıq və İnşaat Universiteti 29 xəbər
4 ADA Universiteti 26 xəbər
5 Bakı Musiqi Akademiyası 25 xəbər
6 Turizm və Menecment Universiteti 22 xəbər
7 Dövlət İdarəçilik Akademiyası 20 xəbər
8 Dövlət İqtisad Universiteti 18 xəbər
9 Azərbaycan Texniki Universiteti 18 xəbər
10 Bədən Tərbiyəsi və İdman Akademiyası 17 xəbər
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:


+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

VİDEO