Nazirlər Kabineti yanında operativ qərargah kiçik qruplar şəkilində futbol məşqlərinin aparılmasına münasibət bildirib.

Leqal.info-nun məlumatına görə, qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, ölkədə elan edilən xüsusi karantin rejiminin yumşaldılma mərhələsində bu barədə qərar yoxdur:

“Bu məsələ aktiv şəkildə müzakirədədir. Vəziyyətdən asılı olaraq növbəti mərhələlərdə bu məsələyə qayıda bilərik”.