Fiqurlu konkisürmə üzrə Rusiya Qran-Prisi 1996-cı ildən sonra ilk dəfə baş tutmayacaq.

Leqal.info-nun məlumatına görə, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) növbəti mövsüm üçün Qran-pri təqvimini təsdiqləyib.

Rusiya mərhələsi siyahıya daxil edilməyib. Əvəzində, yarış 25 - 27 noyabrda Finlandiyanın Espoo şəhərində baş tutacaq.

Qeyd edək ki, daha əvvəl ISU Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı turnirləri ləğv edib.