Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
Ukrayna liderinin sözlərinə əsasən, ötən gecə Ukrayna ordusu Rusiyanın Krasnodar vilayətində yerləşən “Poltavskaya” neft bazasına zərbə endirib.
“Bu gecə Müdafiə Qüvvələrinin bölmələri Krasnodar regionunda yerləşən “Poltavskaya” neft bazasını vurub. Hədəf cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşirdi”, – Zelenski qeyd edib.
Ukrayna lideri qeyd edib ki, səhər saatlarında isə Ukrayna Təhlükəsizlik Xidməti Başqırdıstanın Ufa şəhərində yerləşən “Başneft-Ufaneftxim” və “Başneft-Novoyl” neft emalı zavodlarına zərbələr endirib.
“Bu obyektlər cəbhə xəttindən 1500 kilometr məsafədə yerləşir. Uzaqmənzilli sanksiyalar planımızı həyata keçiririk. Dəqiqliyimizi təmin edən bütün ukraynalı döyüşçülərə təşəkkür edirəm”, – Ukrayna Prezidenti vurğulayıb.
Leqal.info