Leqal.info xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov retranslyatorlarla bağlı onda belə bir məlumatın olmadığını deyib.
“Retranslyatorların işi müvafiq qurumların səlahiyyətindədir. Düşünürəm ki, bu məsələ ilə bağlı suallarınızı Kiyevdəki Zelenskiyə deyil, yəqin ki, Minskə ünvanlaya bilərsiniz. Onlar sizə orada cavab verəcəklər”, - Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, 19 iyun tarixində Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyətinin dayandırılması üçün bir həftə vaxt verib. Ötən gün isə Zelenski deyib ki, 22 iyun tarixindən etibarən Belarusda ruslara Ukraynadakı hədəflərə "Şahed"ləri yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti dayandırılıb.
Leqal.info