İngiltərə "Liverpul"unun keçmiş sahibi Devid Murs vəfat edib.

"Leqal.info" klubun rəsmi saytına istinadən xəbər verir ki, iş adamı 76 yaşında dünyasını dəyişib.

O, bir neçə həftə öncə 39 yaşlı həyat yoldaşını itirib.

Qeyd edək ki, 1991-ci ildən 2007-ci ilədək "Liverpul"a rəhbərlik edən Devid Murs klubun hissələrinin satışından sonra ömürlük fəxri prezident olmuşdu. Mersisayd təmsilçisi onun dövründə 10 titul qazanıb. Ən ciddi uğurlardan biri komandanın 2004/2005 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olmasıdır.