Fransanın PSJ klubunun futbolçuları Lionel Messi və Serxio Ramos arasında insident baş verib.

Leqal.info-nun məlumatına görə, Messi məşqdə kobud oyuna görə komanda yoldaşına əsəbiləşib.

Lakin 36 yaşlı müdafiəçi onu sakitləşdirməyi bacarıb.

Qeyd edək ki, hər iki oyunçu bir il əvvəl Paris təmsilçisinə keçib. Ramos 2005 - 2021-ci illərdə İspaniya "Real Madrid"ində, argentinalı forvard isə 2004-2021-ci illərdə "Barselona"da çıxış edib.