Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının qaliblərini təbrik edib.

“Leqal.info” xəbər verir ki, bu haqda Ərdoğanın rəsmi tviter hesabında paylaşım edilib.

“Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında alın təri tökən, ümumilikdə 341 medal qazanaraq tarixi nəticə əldə edən bütün idmançılarımızı təbrik edirəm. İslam aləminin müxtəlif guşələrindən ölkəmizə təşrif buyurmuş qonaqlarımıza ürəkdən təşəkkürümü bildirmək istəyirəm”, - prezident qeyd edib.